Ermənistan Suriyada missiyanı davam etdirəcək

2019/04/456-1554797086.jpg
Oxunub: 988     17:02     22 Fevral 2021    
"Suriyada erməni diasporunun minə çatan əhalisini nəzərə almaqla ölkəyə hər növ dəstək nümayiş etdirmək borcumuzdur".

Ordu.az xəbər verir ki, bunu "RİA Novostiyə" verdiyi müsahibəsində Ermənistanın Müdafiə naziri Vağarşak Harutyunyan deyib.

Harutyunyan bildirib ki, Ermənistan Suriyada humanitar missiyanı davam etdirəcək.

"Suriyadakı missiyamızla bağlı birmənalı olaraq cavab verə bilərəm ki, bəli. Əslində bu, anlaşılandır, çünki Suriya xalqı bu gün dünya terrorizminə müqavimət göstərməyin ön xəttindədir və ölkədəki erməni diasporunun minə çatan əhalisini nəzərə almaqla onlara hər növ dəstək nümayiş etdirmək borcumuzdur", - deyə o qeyd edib.

Vağarşak Harutyunyan deyib ki, Qarabağda yaşayanların təhlükəsizliyini ilk növbədə oradakı "hərbi birləşmə" təmin etməlidir.

"Əlbəttə, onun döyüş qabiliyyətinin və müasirliyinin qaldırılması istiqamətində ediləsi çox şey var, amma nə olur olsun, bu edilməlidir", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Suriya  

Ermənistan Suriyada missiyanı davam etdirəcək

2019/04/456-1554797086.jpg
Oxunub: 989     17:02     22 Fevral 2021    