Ordu.az xəbər verir ki, bunu Ermənistanın "Azadlıq radiosu"na verdiyi açıqlamasında Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyanın sədri Andranik Köçəryan "Vətən xilası" hərəkatının fəaliyyətlərinə toxunarkən deyib.
"Vazgen Manukyan Nairi Hunanyanın qrupu ilə çox yaxşı işləyib, indi o, həftə bir öz çağırışları ilə birinin ayaqlarını qırmağa, digərinin qapısını döyməyə çağırır. Vazgen Manukyan insanlara rəhbərlik edir, vətəndaşların fəaliyyətlərinin məsuliyyəti kimin üzərindədir?", - deyə Köçəryan bildirib.
O qeyd edib ki, ölkə daxilində müharibə başlaması üçün yalan məlumat yayanlar ortadan qaldırılmalıdır.
Alpər Mövludoğlu
Ordu.az