Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə brifinqdə bildirib.
O qeyd edib ki, AEBA-nın tələb etdiyi müəyyən zəruri monitorinq təhlükəsizlik zəmanəti üzrə öhdəliklər çərçivəsində həyata keçiriləcək.
XİN rəsmisi AEBA-nın baş direktoru Rafael Qrossinin ölkəyə səfərinin nəticəsini əhəmiyyətli diplomatik nailiyyət adlandırıb.
S.Xətibzadə əldə olunmuş razılığın AEBA ilə genişləndirilmiş yoxlamalara dair əlavə protokolun tətbiqini dayandırmağı məcbur edən parlament qərarına zidd olmadığını da vurğulayıb.
Sevinc Əliyeva
Ordu.az