IDEX-2021: Azərbaycanın 100-dən artıq hərbi məhsulu və Ermənistanın boş stendləri FOTOLARDA

2021/02/7c035-8069949435.jpg
Oxunub: 5922     15:11     22 Fevral 2021    
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi keçirilir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də sərgidə iştirak edir.

Ordu.az sərgidən müqayisəli fotoları təqdim edir.

Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatıldığı “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, "İtiqovan" kamikadze tipli pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Beynəlxalq sərgidə Ermənistanda da nümayəndələr iştirak edir. Fotolarda Ermənistan üçün ayrılmış stenddə silahların olmadığı qonaqların diqqətini çəkib. Stenddə sadəcə su butulkaları və broşürlər mövcuddur.

Erməni mənbələri yazır ki, Ermənistanın sərgidə iştirakını təşkil edən Yüksək Texnologiyalar Sənayesi Nazirliyi sərgi nümunələrinin maddi-texniki təminatını hesablamağı və təşkil etməyi bacarmayıb. Erməni silahları Moskvadadır, ancaq bunlar Əbu-Dabidə olmalı idi

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: IDEX-2021   Azərbaycan   İtiqovan  

IDEX-2021: Azərbaycanın 100-dən artıq hərbi məhsulu və Ermənistanın boş stendləri FOTOLARDA

2021/02/7c035-8069949435.jpg
Oxunub: 5923     15:11     22 Fevral 2021    