Ordu.az xəbər verir ki, bunu “RİA Novosti”yə verdiyi açıqlamasında Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan deyib.
Söhbət xüsusən Ermənistanın şərq sərhədinə hərbi birləşmə köçürməyə aiddir.
O qeyd edib ki, Ermənistanda olan rusiyalı sərhədçilərinə üzərinə əlavə funksiyalar qoyulub.
Söhbət xüsusən Azərbaycanla Ermənistan sərhədinin təhlükəsizliyini və mühafizəsini təmin etməyə aiddir: “Aramızda sərhəd xidmətimiz üzrə əməkdaşlığın səmərəli olduğundan şübhə etmirəm. Ermənistandakı rusiyalı sərhədçilərin üzərinə qoyulmuş vəzifənin ən yüksək səviyyədə icra ediləcəyindən də şübhə etmirəm”.
“Qarabağ münaqişəsinə qədər (2020-ci ilin payız müharibəsi) Ermənistanda Rusiya FTX-nin sərhəd idarəsinin şəxsi heyəti MDB sərhədinin təhlükəsizliyi və mühafizəsi üçün cavabdeh olub. İndi vəziyyət əhəmiyyətli dərəcədə dəyişib”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az