“Politik.am” Qarabağdakı mənbələrinə istinadən yazır ki, bu günlərdə Arayik Harutyunyan bütün komanda yoldaşlarına tapançalar verib.
“Maraqlıdır ki, bütün gününü Xankəndidə keçirən komanda yoldaşlarının təhlükəsizliyi Arayik Harutyunyan üçün onlarla icmanın sakinlərinin təhlükəsizliyindən daha vacibdir.
Bu dövrdə yaşayış məntəqələrinin sakinlərinə silah verilməsi üçün təkliflər olub, lakin Arayik Harutyunyan kəskin şəkildə qarşı çıxıb”, - deyə nəşr yazıb.
Alpər Mövludoğlu
Ordu.az