Onun sözlərinə görə, müharibədən sonra Ermənistanda hərbi islahatlar aparılır, üstəlik, bu prosesə ən birbaşa şəkildə rus tərəfdaşlar cəlb olunublar.
Vağarşak Harutyunyan qeyd edib ki, Qarabağdakı döyüş təcrübəsini və məlum hadisələri nəzərə almaqla bir neçə məsələni köklü şəkildə yenidən nəzərdən keçirəcəklər.
“Xüsusən, ilk növbədə döyüş komponentinin artırılması vasitəsilə məqsəd döyüş və say tərkibinin optimallaşdırılması olacaq”, - deyə Harutyunyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az