Bu, hərbi sənaye və texnologiyalar sahəsində dünyanın ən nüfuzlu sərgisidir. Bu sərgidə planetin aparıcı korporasiyaları və ölkələri iştirak edir.
Ermənilərə məxsus “Mediaport” kanalı yazır ki, Ermənistan səlahiyyətliləri növbəti meynəlxalq platformadan dövləti biabır etmək və beynəlxalq nüfuzu yerə atmaq üçün istifadə edir.
“Ermənistanın sərgidə iştirakını təşkil edən Yüksək Texnologiyalar Sənayesi Nazirliyi sərgi nümunələrinin maddi-texniki təminatını hesablamağı və təşkil etməyi bacarmayıb. Erməni silahları Moskvadadır, ancaq bunlar Əbu-Dabidə olmalı idi və Ermənistan sərginin açılışında bukletlərlə və su şüşələri ilə iştirak edib”, - deyə kanal qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az