Ermənistanda artilleriyaçının heykəlini ucaltmaq təklifi qəbul olunmayıb

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 1177     17:06     22 Fevral 2021    
Ermənistanın Qeğarkunik vilayətinin Litsk icmasının sakini, ictimai fəaliyyətlə məşğul olan Vano Karapetyan 2021-ci il yanvarın 28-də Ermənistan Baş naziri Nikola Paşinyana müraciət edərək 44 günlük Dağlıq Qarabağ müharibəsində ölmüş erməni artilleriyaçı, kiçik çavuş Albert Hovhannisyanın heykəlini ucaltmağı təklif etmişdi.

Karapetyan bu təklifini onunla izah edib ki, müharibə zamanı erməni artilleriyaçının simvolu Ermənistan cəmiyyəti tərəfindən qəbul edilib.

“Mən vətəndaş olaraq xatirəsini əbədiləşdirmək üçün abidə ucaltmağı təklif etmək istədim”, - deyə Litsk sakini qeyd edib.

Ermənistanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi müraciətə cavab verərək qeyd edib ki, “qeyd olunan təklif məqsədilə Ermənistanın 2021-ci il dövlət büdcəsi ilə ayrılmalar nəzərdə tutulmayıb”.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistanda artilleriyaçının heykəlini ucaltmaq təklifi qəbul olunmayıb

2018/07/146046786734534534_1509435690_1523899490_1532510960.jpg
Oxunub: 1178     17:06     22 Fevral 2021    