IDEX-2021: “İtiqovan” kamikadze PUA-ları xarici qonaqlara nümayiş etdirilib (FOTOLAR)

2021/02/112-1613988174.jpg
Oxunub: 3406     14:18     22 Fevral 2021    
Məlum olduğu kimi, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabi şəhərində “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisi keçirilir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin nümayəndə heyəti də sərgidə iştirak edir.

Dünyanın inkişaf etmiş 59 ölkəsindən 900-ə yaxın qabaqcıl şirkətin qatıldığı “IDEX-2021” Beynəlxalq Müdafiə Sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan müxtəlif növ atıcı və yaxın məsafəli döyüş vasitələri, atıcı silahlar, minaatanlar, müxtəlif çaplı və təyinatlı döyüş sursatları, pilotsuz uçuş aparatları və s. daxil olmaqla 106 adda müdafiə təyinatlı məmulat nümayiş olunur.

Sərgidə Azərbaycan stendində Vətən müharibəsində aktiv istifadə edilən “İtiqovan” kamikadze tipli pilotsuz uçuş aparatları (PUA) da qonaqlara nümayiş olunub.

Çoxməqsədli “İtiqovan”lar əvvəllər “Zərbə” adlandırılan PUA-ların dəyişdirilmiş versiyasıdır.

2016-cı ilin aprelində zərbə PUA-larından səmərəli istifadə, bu istehsal sahəsinin yerli sektorda inkişafı üçün bir növ katalizator oldu. Qısa müddət ərzində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki “AZAD Systems Co” konserninin mühəndis qrupu “Orbiter 2B” kəşfiyyat PUA-sı bazasında özünün “Zərbə” adlı “gəzən sursat”ını 1K indeksi ilə yaratdı.

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin xüsusi təlim poliqonunda sınaqların ilk günündə, 100% Azərbaycan silah mühəndisləri tərəfindən hazırlanan döyüş başlıqlarının yerüstü məsafədən idarəolunan partladılması həyata keçirildi. Müxtəlif qalınlıqda faner və metal hədəflərin döyüş başlığı ilə məhv edilməsinin nəticəsi və 4000 ədəd məhvetmə elementinin trayektoriyası mütəxəssisləri tamamilə qane etdi.

Növbəti mərhələdə, döyüş başlığı PUA-nın ön tərəfində yer aldı və müxtəlif hava şəraitində, fərqli yüksəkliklərdə və həddindən artıq yükləmə rejimində uçuş sınaqları keçirildi. İlkin hesablamalar praktikada özünü doğrultdu, texniki problemlər aşkarlanmadı, REM qurğularının təsiri nəticəsində siqnal itkisi və komanda idarəetmə mərkəzi ilə hərəkətlər arasındakı problem qeydə alınmadı.

Potensial düşmənin yük maşınları və piyadalarını təqlid edən bir qrup hədəfə real “Zərbə” 1K zərbələri endirildikdə ilkin sınaqlar məntiqi sonluğuna çatdı. Birinci PUA zərbə nöqtəsinə qədər olan orta məsafədə partladıldı, ikincisi hədəflərin yaxınlığında, üçüncüsü isə “hədəf təsdiqlənmədi” əmrini aldıqdan sonra təlim əməliyyatı yerindən 30 km məsafədə yerləşən bazaya qaytarıldı və nəzarət mərkəzinə uğurla endi.

“Orbiter 1K Zərbə” çoxməqsədlidir və düşmən müdafiəsinin taktiki dərinliyində kəşfiyyat üçün də istifadə edilə bilər.

“Orbiter 1K Zərbə” PUA-sının Taktiki-Texniki Xüsusiyyətləri

Təyinatı: kəşfiyyat, düşmənin aşkarlanması və məhv edilməsi
Hədəfi: canlı qüvvə, yüngül zirehli maşınlar, avtomobillər, artilleriya heyətləri (YARS, ZRK və s.), radarlar, bazalarda təyyarələr
Kütləsi (döyüş başlığı ilə) - 10 kq
Döyüş başlığı: 2 kq partlayıcı, 4000 ədəd məhvetmə elementi
Uçuş müddəti - 2 saat
Uçuş sürəti (IAS): 65-100 km/saat
Şığıma sürəti: 200 km/saat
Buraxılış sistemi: sabit katapult
Enmə sistemi: paraşüt
Uçuş yüksəkliyi: 4572 m
Mühərrik: səssiz, elektrik
Buraxılması: avtomatik
Fəaliyyət radiusu
• bazaya qayıtması daxil olmaqla: 50 km
• hədəfi təsdiq edildikdə: 80-100 km

“İtiqovan” GPS siqnal alqoritminin dəyişdirilməsindən istifadə edən düşmənin elektron qurğularının təsir zonasında fəaliyyət göstərə bilir və xarici siqnal qəbuletmə sistemi söndürüldükdə belə bazaya avtomatik olaraq dönmə funksiyasına malikdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Azərbaycan   IDEX   İtiqovan  

IDEX-2021: “İtiqovan” kamikadze PUA-ları xarici qonaqlara nümayiş etdirilib (FOTOLAR)

2021/02/112-1613988174.jpg
Oxunub: 3409     14:18     22 Fevral 2021    