Ordu.az xəbər verir ki, bunu Ermənistanın Tatev genişləndirilmiş icmasının (mərkəzi Şinuayr) rəhbəri Murad Simonyan deyib.
“Mənə elə gəlir ki, yanlışlıq olub və Şinuayrı da daxil edəcəklər. Mən belə başa düşdüm ki, Sünikin sərhədlərini çəkdikdən sonra kəndləri daxil ediblər, Şinuayrda isə icma istifadəsi üçün ərazi var, burada hələlik demarkasiya başa çatmayıb. Bugünkü vəziyyətə əsasən, Tatev genişləndirilmiş icmasından yalnız Xot və Şinuayr Azərbaycan hissəsinə bitişikdir” - deyə icma rəhbəri qeyd edib.
Simonyan bildirib ki, indi sülhməramlılar gediblər və əvəzində kənddə alay yerləşdiriləcək.
Alpər Mövludoğlu
Ordu.az