“Ermənistan MTX rəisi həbsxanaya düşəcək”

2021/02/84448-1613986622.jpg
Oxunub: 730     15:03     22 Fevral 2021    
“Mən hər şeydə həmişə məna görməyə çalışıram, lakin son vaxtlara qədər ilahi təminatın niyə Nikolu hakimiyyətin başında buraxdığını başa düşə bilmirdim. Axı bu, bütün dünyəvi və səmavi qaydalara ziddir”.

Ordu.az xəbər verir ki, bunu öz teleqram kanalında Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayel Minasyan yazıb.

O qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin bugünkü rəisi həbsxanaya düşəcək.

Keçmiş erməni səfirin sözlərinə görə, Paşinyan Rusiya-Ermənistan komissiyasının rəhbəri vəzifəsinə Papikyanı təklif etməklə ya qəsdən erməni-rus münasibətlərinə zərbə vurur, ya da reallıq hissini itirib.

“Və budur, Nikol deyəsən istədiyinə çatıb. Putin bənzər komissiyanı yaratmağa razı olaraq vurğulayıb ki, rus tərəfindən komissiyaya Dmitri Medvedev rəhbərlik edəcək”, - deyə Mikayel Minasyan bildirib.

Onun sözlərinə görə, Paşinyana elə gəlir ki, bütün kuklalarından ən uyğunu və güclü elçisi Papikyandır: “Mümkündür ki, Paşinyanın komandasında da beləsi var və Suren Papikyan öz qaranlıq keçmişi, indisi və ən vacibi gələcəyi, hər şeydə Nikolu razı qoymaq hazırlığı ilə həqiqətən də əvəzolunmaz insandır. Erməni-rus komissiyasının ya doğulmamış öləcəyini, ya da rus tərəfindən onun işini Medvedevin köməkçisi, yaxud deferenti koordinasiya edəcəyini başa düşmək üçün təcrübəli diplomat olmaq lazım deyil”.

Minasyan deyib ki, təəssüflər olsun, erməni-rus münasibətlərinin taleyi ilə erməni tərəfindən növbəti dəfə döyüşən pozğunlar məşğul olur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: MTX   Ermənistan   Böhran  

“Ermənistan MTX rəisi həbsxanaya düşəcək”

2021/02/84448-1613986622.jpg
Oxunub: 731     15:03     22 Fevral 2021    