O, uzaqlaşmazdan əvvəl dostları Albert Bazeyan və Kim Balayana məxsus müxtəlif əmlakları belə girov qoymuşdu.
Babayan tərəfindən tüpürülmüş dostlar uzun müddət öz problemləri barədə danışırdılar.
Lakin qondarma qurumda baş tutan qanunsuz “seçkilər”dən sonra Samvel Babayanın işləri kəskin şəkildə yaxşılaşıb.
2020-ci il noyabrın 20-də “Hraparak” gündəlik qəzetinin müxbiri Samvel Babayanı “BMW X7” markalı avtomobildə görmüşdü. Bu avtomobil “BMW” model seriyasının ən bahalı və flaqman modellərindəndir. Avtomobil salonda 120 min dollardan artıq dəyərə sahibdir.
Üstəlik, avtomobil kimi bahalı və qızıl dövlət nömrə nişanı da var - 44 OO 444. Bu, 8 milyon dramlıq dövlət nömrə nişanı hesab olunur.
Alpər Mövludoğlu
Ordu.az