Ordu.az xəbər verir ki, şirkət qonaqlara KLTV adlanan yüngül taktiki vasitəsini nümayiş etdirib.
Bildirilir ki, zirehli taktiki vasitənin hazırlanmasında Cənubi Koreya hökuməti ilə sıx əməkdaşlıq edilib.
Avtomobilin modul şassisi taktiki idarəetmə, kəşfiyyat, müşahidə, dəstək kimi bir çox məqslər üçün istifadə edilməsinə imkan verir.
Özünəməxsus dizaynı ilə fərqlənən dörd nəfərlik yüngül taktiki maşın yüksək hərəkətlilik, dayanıqlıq və yüksək səviyyəli funksionallıq təklif edərək hərbi qüvvələr tərəfindən istifadə üçün uyğunlaşdırılıb.
KLTV 225 at gücündə “Euro 5” səviyyəli dizel mühərriki ilə təchiz edilib.
Sevinc Əliyeva
Ordu.az