Ordu.az xəbər verir ki, bu barədə Misirin Hərbi İstehsalat Nazirliyi məlumat yayıb.
Məlumata görə, Mursi “Rolls Royce”, TRB və “Thales” şirkətlərinin rəsmiləri ilə görüşüb.
Misirli nazirin yaxın bir neçə gündə daha çox hərbi rəsmilər və şirkət nümayəndələri ilə görüşəcəyi, onları bu ilin sonunda keçiriləcək Misirin Müdafiə Sərgisində - EDEX 2021-də iştirak etməyə dəvət edəcəyi gözlənilir.
Sevinc Əliyeva
Ordu.az