Ermənistan MN: İrəvan Rusiya hərbi bazasının genişləndirilməsində maraqlıdır

2019/01/45654-1546867037.jpg
Oxunub: 1214     12:24     22 Fevral 2021    
Ermənistan Müdafiə naziri Vağarşak Harutyunyan RİA Novostiyə geniş müsahibə verib.

Ordu.az xəbər verir ki, o, müsahibədə orduda aparılan islahatlar, Gümrü hərbi bazasının genişləndirilməsi məsələsində maraq və onun bir hissəsini ölkənin şərqində yerləşdirmək haqqında danışıb.

Vağarşak Harutyunyan qeyd edib ki, rus hərbi bazası tərəfindən Ermənistanın şərq istiqamətində hansısa hərbi bazalaşdırmanı yenidən bölüşdürmək imkanı haqqında danışmaq daha düzgündür.

O bildirib ki, erməni tərəfi rus hərbi bazasının genişləndirilməsi məsələsində maraqlıdır.

Harutyunyan müsahibəsində Ermənistanda Rusiya ilə ortaq silah istehsal edilcəəyini istisna etməyib.

"Niyə də yox? Ondan başlayım ki, Ermənistanda artıq erməni-rus birgə müəssisələri fəaliyyət göstərir və bu istiqamətdə gələcək işlər davam edir. Bundan başqa, respublika ərazisində silahlanma, hərbi texnikanın təmiri və modernləşdirilməsi ilə bağlı regional sertifikatlaşdırılmış mərkəzlər şəbəkəsinin yaradılması və genişləndirilməsi işi davam edəcək ki, bu da məsələnin maliyyə-iqtisadi tərəfini nəzərə almaqla az vacib deyil", - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan-ordusu   Ermənistan   Böhran  

Ermənistan MN: İrəvan Rusiya hərbi bazasının genişləndirilməsində maraqlıdır

2019/01/45654-1546867037.jpg
Oxunub: 1215     12:24     22 Fevral 2021    