ABŞ-da almaniyalı xüsusi təyinatlılar terrorçularla səhv salınıb

2021/02/a8115-1613981249.jpg
Oxunub: 691     12:06     22 Fevral 2021    
ABŞ-ın Arizona ştatında keçirilən təlimlərdə iştirak edən Bundesverin elit bölməsinin iki hərbçisinin həddindən artıq gizli davranışı az qala diplomatik qarşıdurmaya səbəb olacaqdı.

Ordu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Der Spiegel” məlumat verib.

Təlimlərdə iştirak edən iki döyüşçü fövqəladə hallar və ya koronavirusa yoluxma zamanı amerikalı həkimlərin almaniyalı hərbçilərə tibbi yardım edə bilib-bilməyəcəyini öyrənmək üçün yerli xəstəxanaya gedib.

Ancaq klinikada kimliklərini təsdiq edən sənədi təqdim etmədiklərinə görə onları xəstəxanaya hücum hazırlayan terrorçularla səhv salıblar. Xəstəxana əməkdaşları dərhal FTB-yə şübhəli ziyarətçilər barədə məlumat verib.

FTB Almaniyanın Vaşinqtondakı səfirliyi ilə əlaqə qurub, lakin yüksək məxfilik səbəbindən diplomatik korpusda da onlar barədə məlumat olmayıb. Yalnız Berlinə edilən çoxsaylı telefon zənglərindən sonra vəziyyətə aydınlıq gəlib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ  

ABŞ-da almaniyalı xüsusi təyinatlılar terrorçularla səhv salınıb

2021/02/a8115-1613981249.jpg
Oxunub: 694     12:06     22 Fevral 2021    