Ordu.az xəbər verir ki, sərgidə Ermənistanın stendində heç bir silah nümayiş olunmayıb, qonaqlara ancaq broşürlər təqdim edilib.
"Şəkilə baxıram, görünür ki, İrəvan Molun "help desk"idir. Bukletlər, su şüşələri, yaxşı axtarsan, hədiyyə kartları da tapa bilərsən. Hər hansı bir hərbi sənaye məhsulu nümunəsi tapmayacaqsan. Və biz bu şəkildə beynəlxalq bazara çıxmağa çalışırıq. Müqayisə üçün Azərbaycan stendini də əlavə edirəm və susuram. Nə vaxta qədər başa düşməyəcəyik ki, bu şəkildə dövlətə/dövlətçiliyə çevrilməyəcəyik. Baxmayaraaq ki, ölkəmizdə dövlət sözünü çoxdan dırnaqlar içinə qoymaq lazımdır", - deyə erməni siyasi xadim Armen Mirzoyan özünün "Facebook" səhifəsində yazıb.

Alpər Mövludoğlu
Ordu.az