Ordu.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, Qrossi və Zərif Tehran ilə AEBA arasındakı əməkdaşlıq və nüvə fəaliyyətləri ilə bağlı problemləri həll etmək səyləri barədə fikir mübadiləsi aparıblar.
İranın AEBA-dakı daimi nümayəndəsi Kazım Qaribabadi “Twitter” hesabında Qrossi ilə İran rəsmiləri arasındakı danışıqların “faydalı” olduğunu bildirib.
Qaribabadi Tehrandakı danışıqların nəticəsi ilə əlaqədar bir açıqlama yayımlanacağını açıqlayıb.
İranın nüvə silahlarının yayılmaması müqaviləsi çərçivəsində həyata keçirilmiş əlavə protokoldan ayrılmasından və nüvə fəaliyyətlərinin artmasından sonra Tehrana gələn Qrossi İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salihi ilə də görüşüb.
Əlavə Ppotokola əsasən, Tehran MAQATE müfəttişlərinə nüvə obyektlərini hər an yoxlamağa icazə verirdi.
Sevinc Əliyeva
Ordu.az