Fransa Cənubi Çin dənizindəki hərbi varlığını gücləndirir

2021/02/fsafa-1613974544.jpg
Oxunub: 760     14:55     22 Fevral 2021    
Fransa Sakit okean bölgəsindəki hərbi varlığını gücləndirmək niyyətindədir.

Ordu.az xəbər verir ki, Çinin “South China Morning Post” nəşri Fransanın Cənubi Çin dənizinə iki döyüş gəmisi göndərdiyini bildirib.

Nəşrin yazdığına görə, fevralın 18-də Fransa Hərbi Dəniz Qüvvələrinin “Tonnerre” helikopter daşıyıcısı və “Surcouf” freqatı Cənubi Çin dənizinə yola düşüb.

Fransız gəmilərinin Sakit okean bölgəsindəki missiyasının təxminən üç ay davam edəcəyi ehtimal olunur.

Fransanın planlarına görə, gəmilər Cənubi Çin dənizindən may ayında keçiriləcək Yaponiya-ABŞ birgə dəniz təlimlərinə qoşulacaq.

Qeyd edək ki, ötən həftə Fransanın “Émeraude” nüvə sualtı qayığı və “Seine” dəstək gəmisi ötən həftə Cənubi Çin dənizindən keçib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Fransa  

Fransa Cənubi Çin dənizindəki hərbi varlığını gücləndirir

2021/02/fsafa-1613974544.jpg
Oxunub: 761     14:55     22 Fevral 2021    