Ordu.az xəbər verir ki, bunun üçün zirehli döyüş maşınlarının istehsalçıları “Thales” ilə müqavilə imzalayıb.
252 milyon dollar dəyərində olan müqaviləyə, həmçinin akustik atəş yeri aşkarlama sistemləri də daxildir.
Müqaviləyə əsasən, şirkət 10 il ərzində 500 ədəd döyüş moldulu və eyni sayda atəş yeri aşkarlama sistemləri tədarük edəcək.
“Protector” RS4 zirehli maşınları sürətlə hərəkət edərkən də düşmənin təhdidlərini aşkarlamaq üçün vasitənin xaricinə quraşdırlan 360 dərəcəlik yüksək dəqiqlikli uzun məsafəli kameralardan istifadə edir. Sistem eyni zamanda çoxlüləli tüstü bombası atəşi, termal görüntüləmə və infraqırmızı göstəricilər də daxil olmaqla əsas müdafiə qabiliyyətləri ilə təchiz edilib.
Qeyd edək ki, Britaniya 2018-ci ildə “Boxer” proqramına qoşulub. Britaniya hökuməti 2.8 milyard funt sterlinq dəyərində 500-dən çox zirehli maşın alacaq. Zirehli maşınların tədarükü 2023-cü ildən başlayacaq.
Sevinc Əliyeva
Ordu.az