“Lockheed Martin” Səudiyyənin müdafiə sənayesi ilə ortaq müəssisə qurur

2021/01/8545--1611742888.jpg
Oxunub: 960     21:11     22 Fevral 2021    
Səudiyyə Ərəbistanının dövlətə məxsus hərbi sənaye şirkəti (SAMI) ABŞ-ın “Lockheed Martin” şirkəti ilə krallığın müdafiə və istehsal qabiliyyətini artırmaq üçün ortaq müəssisə quracaq.

Ordu.az xəbər verir ki, SAMI-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ortaq müəssisənin qurulması üçün tərəflər arasında müqavilə imzalanıb.

Səudiyyənin Dövlət İnvestisiya Fonduna (PIF) məxsus olan SAMI bu müəssisənin 51%-nə sahib olacaq.

“Müqavilə Səudiyyənin işçi qüvvəsinə ölkənin silahlı qüvvələri üçün məhsul istehsalında və xidmət göstərməsində təlim verərək yerli imkanları inkişaf etdirəcək”, - deyə açıqlamada bildirilib

Səudiyyə dünyanın ən böyük xarici silah alıcılarından biridir.

SAMI yerli müdafiə istehsalını inkişaf etdirmək, idxal xərclərini azaltmağa kömək etmək və daha çox yerli iş yeri yaratmaq üçün qurulub. Ölkənin iqtisadi planı olan “Vision 2030” sənədinə əsasən 2030-cu ilədək hökumət hərbi xərclərinin 50%-ni lokallaşdırmağı hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Səudiyyə-Ərəbistan   ABŞ  

“Lockheed Martin” Səudiyyənin müdafiə sənayesi ilə ortaq müəssisə qurur

2021/01/8545--1611742888.jpg
Oxunub: 961     21:11     22 Fevral 2021    