Ermənistan regional proseslərdən təcrid olunmuş vəziyyətdədir

2020/08/15846-1598078990.jpg
Oxunub: 1994     11:24     22 Fevral 2021    
Bölgədə ciddi proseslər baş verərkən, İranın Avrasiya İqtisadi Birliyinin daimi üzvü olacağına dair fəal danışıqlar aparılır. Bu barədə bu yaxınlarda İslam Respublikası Parlamentinin sədri Məhəmməd Bağer Qalibaf açıqlama verib.

“İran birliyin daimi üzvü olmaq üçün danışıqlara başlayıb və daimi üzvlüyümüz üçün hazırlıqlar yaxın iki həftə içində başa çatacaq”, - deyə İran rəsmisi Moskvaya üç günlük səfəri başa vuraraq Tehrana qayıtdıqdan sonra İran mətbuatına açıqlamasında bildirib.

Parlamentin sədri, “Covid-19” epidemiyasına baxmayaraq, Rusiya ilə İran arasında ixracatın 40% artdığını və iki ölkənin yaxın gələcəkdə ticarət əlaqələrini dərinləşdirməyi planlaşdırdıqlarını da bildirib.

Ermənistanın da üzv olduğu 2015-ci ildən bəri fəaliyyət göstərən iqtisadi birlik 5 ölkəni birləşdirir. İranla quru sərhədi olan yeganə AİB üzvü olan dövlət Ermənistandır. 2018-ci ilin may ayında Avrasiya İqtisadi Birliyi və İran AİB üzvü olan ölkələr və İran arasında məhdud sayda ixrac edilən mallar üçün gömrük rüsumlarının müvəqqəti olaraq azaldılması və ya ləğvi barədə bir müqavilə imzalamışdılar. 2019-cu ilin oktyabr ayında qüvvəyə minən saziş üç il müddətində imzalanmışdı və bu müddətdə birlik və İran sərbəst ticarət zonasına keçid barədə razılığa gəlməli idilər.

Sənədə əsasən, İran tərəvəz, meyvə, habelə inşaat materialları, qablar, xalçalar və əlvan metallardan hazırlanmış bəzi məhsullar üçün tarif imtiyazları əldə edib. AİB üzvü olan ölkələrin ixracatçılarına İrana müəyyən növ ət məhsulları, qənnadı məmulatları və şokolad, həmçinin metal, kosmetika, elektron və mexaniki avadanlıq ixrac etmək imtiyazları verilmişdi.

Müharibədən sonra İranın qonşu ölkələrlə kifayət qədər aktiv danışıqlar apardığı nəzərə çarpır. Əlbətdə ki, Tehran istənilən halda, Türkiyə, Azərbaycan və Gürcüstanla qarşılıqlı faydalı razılaşmalar əldə etməyə çalışır.

Ermənistana gəlincə, Tehrandan yüksək rütbəli məmurlar regional səfər çərçivəsində İrəvana gəlsələr də, müharibədən sonra İrəvanın çəkisi və təsiri açıq şəkildə azalıb və açıq şəkildə görünür ki, Ermənistan hakimiyyəti qonşu ölkələrin liderləri ilə belə inamlı münasibətlər qurmağa nail ola bilməyib.

Bu günlərdə İran İslam Respublikası İslam Şura Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri Müctaba Zünnurinin başçılıq etdiyi nümayəndə heyəti Bakıya səfər edib.

Rəsmi mənbələrə görə, İran parlamentarilərinin gündəliyinə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Prezident Aparatının yüksək vəzifəli şəxsləri, parlament rəhbərliyi, eləcə də Naxçıvan Muxtariyyətinin rəhbəri ilə danışıqlar daxil idi.

İranın Azərbaycandakı səfirliyi iki ölkənin tarixi və mədəni ortaqlıqlarını nəzərə alaraq Azərbaycanın İranın xarici siyasətində xüsusi bir yerə sahib olduğunu və İran nümayəndə heyətinin ziyarətinin gələcək əməkdaşlığın inkişafına töhfə verəcəyini bildirib.

Qonşu İran kifayət qədər aktiv regional siyasət yürüdür. Astana prosesinin qarant ölkələrinin (Rusiya, Türkiyə, İran) nümayəndə heyətləri çərşənbə axşamı Soçidə üçtərəfli məsləhətləşmələr aparmışdılar. Rusiya nümayəndə heyətindən TASS-a bildirilib ki, Moskvanı Rusiya prezidentinin Suriya üzrə xüsusi elçisi Aleksandr Lavrentyev təmsil edir. Ankara nümayəndə heyətinə Türkiyənin Xarici İşlər Nazirliyinin Suriya departamentinin rəhbəri Səlcuq Ünal, Tehran nümayəndə heyətinə isə İran Xarici İşlər Nazirinin baş siyasi köməkçisi Əli Əsgər Hacı rəhbərlik edir.

Ötən həftə ilk öncə Rusiya nümayəndə heyəti Türkiyə və İran nümayəndələri ilə ikitərəfli görüşlər keçirib. Astana formatı üzrə Suriyaya həsr olunmuş 15-ci beynəlxalq toplantı 16-17 fevral tarixlərində Soçidə keçirilib.

Rusiya, Türkiyə və İran, İŞİD və “Cebhat ən-Nusra” terrorçularını məhv etmək üçün Suriyada əməkdaşlığı davam etdirməyə dair razılıq əldə ediblər.

“Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozmağa və qonşu ölkələrin milli təhlükəsizliyini təhdid etməyə yönəlmiş hər cür terrorla mübarizə əzmimizi bir daha təsdiqləmişik. İŞİD, “Cebhat ən-Nusra” və “Əl-Qaidə” ilə əlaqəli digər terror qrupları ilə əlaqəli olan terrorçuları məhv etmək, eyni zamanda mülki şəxslərin və infrastrukturun təhlükəsizliyini təmin etmə şərti ilə iş birliyini davam etdirməyə razılaşdıq”, - deyə Suriya məsələsi ilə bağlı Astana formatında keçirilən 15-ci beynəlxalq üçtərəfli görüşün sonunda qəbul edilmiş bəyanatda deyilir.

Tərəflər Suriyanın müxtəlif bölgələrində mülki şəxslərin ölümünə səbəb olan terror fəaliyyətinin artdığını vurğulayıb və qınayıb. Bundan əlavə, Rusiya, Türkiyə və İran Suriyanın İdliblə bağlı əldə edilmiş bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Yeri gəlmişkən, bu günlərdə Tehran da Rusiyadan silah ala biləcəyinə ümid etdiyini bildirib.

İran Xarici İşlər Nazirliyinin xarici siyasət məsələləri üzrə köməkçisi Əli Əsgər Hacı bildirib ki, İran bölgədə təhlükəsizliyi təmin etmək üçün Rusiyadan silah almağa ümid edir.

“Rusiya ilə hərbi əməkdaşlığımız var. Məhdudiyyətlər götürüldükdən sonra Rusiya silah ala biləcəyimiz ölkələrdən birinə çevriləcək, ərazimizi, bölgənin təhlükəsizliyini qorumaq üçün onunla işləyə bilərik”, - deyə İran nümayəndəsi Hacı bildirib.

Diplomat BMT-nin silah embarqosu səbəbiylə İrana silah almasına icazə verilməməsinə baxmayaraq, qonşularının bölgəni silah anbarına çevirərək milyardlarla dollar dəyərində silah aldığını qeyd edib. Yeri gəlmişkən, 16 fevralda İran və Rusiyanın Şimali Hind Okeanında “Dəniz Təhlükəsizlik Zonası” adı altında birgə dəniz təlimləri başlayıb. 19 fevral tarixində isə Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirlərinin üçtərəfli görüşü planlaşdırılırdı.

Bölgədə ciddi dəyişikliklər, fəal danışıqlar gedir, Ermənistan isə regional proseslərdən təcrid olunmuş vəziyyətdədir. Faktiki olaraq, Ermənistanın siyasi məkanı dövlətə bağlı proseslərdən xəbərsizdir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Ermənistan   Böhran   Paşinyan  

Ermənistan regional proseslərdən təcrid olunmuş vəziyyətdədir

2020/08/15846-1598078990.jpg
Oxunub: 1995     11:24     22 Fevral 2021    