Ordu.az xəbər verir ki, nazirliyin məktubunda müharibədə iştirak etmiş və tərxis edilmiş hərbi qulluqçular və ehtiyatda olanların dövlət tərəfindən zəmanət verilmiş pulsuz tibbi yardım və xidmətdən yararlanmayacaqları bildirilir.
Nazirliyin yaydığı məktuba əsasən, əvəzində qeyd olunan şəxslər dövlət sifarişi çərçivəsində tibbi yardım və xidmətdən ümumi əsaslarla yararlana bilərlər.
Ermənistan Səhiyyə Nazirliyinin bu qərarı Ermənistanda bir çoxlarında təəccüb və qəzəbə səbəb olub.

Alpər Mövludoğlu
Ordu.az