Ordu.az xəbər verir ki, bunu erməni vəkil Aleksandr Sirunyan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın müsahibəsində səslənmiş bəzi epizodlara toxunarkən deyib.
“2018-ci il inqilabının nailiyyətlərindən biri sadəcə odur ki, biz bu barədə məlumatlı ola bilərik. Və nəinki məlumatlı ola, həmçinin danışa bilərik”, - deyə o qeyd edib.
Sirunyan deyib ki, Ermənistanın dövlət büdcəsi cəmi 1.5 milyard olanda orduya 1 milyard ayrılırdı.
“Ermənistan inkişaf edəndə yenə 1.5 milyard verirdilər. İndi sual yaranır ki, bu 1.5 milyarda nə olub? Demək istəyirlər ki, yeməyiblər?”, - deyə o bildirib.
Alpər Mövludoğlu
Ordu.az