Türkiyə bölgədə yeni yollar inşa etmək istəyir – İCMAL

2020/11/erdog-1604908042.jpg
Oxunub: 2687     16:23     20 Fevral 2021    
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefonla Qarabağla bağlı razılaşmaların həyata keçirilməsini müzakirə ediblər.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Qarabağ ətrafındakı vəziyyətin müzakirəsi Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr və 2021 11 yanvar bəyanatlarında qeyd edilən razılaşmaların icrası kontekstində davam edib.

“Rusiya və Türkiyənin bölgədəki sosial-iqtisadi inkişafın xeyrinə fəaliyyətlərini əlaqələndirməkdən bəhs edilir. Həmsöhbətlər Rusiya-Türkiyə ortaq atəşkəsə nəzarət mərkəzinin fəaliyyətə başlamasından məmnunluqlarını ifadə ediblər”, - deyə bəyanatda qeyd edilir.

Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dağlıq Qarabağda əlaqə kommunikasiyalarının bərpasına rus-türk mütəxəssislərin cəlb edilməsini təklif edib. Bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat verib.

“Söhbət əsnasında Prezident Ərdoğan, Türk-Rus ekspertlərinin Dağlıq Qarabağdakı dəmir yollarını və avtomobil yollarını daha səmərəli etmək üçün azərbaycanlı həmkarları ilə görüşə biləcəklərini qeyd edib”, - deyə bəyanatda bildirilib.

Rusiya və Türkiyənin xarici işlər nazirləri Sergey Lavrov və Mövlud Çavuşoğlunun Suriyadakı vəziyyəti müzakirə etdiyi də məlumdur. Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bundan öncə Rusiya və Türkiyə prezidentləri arasında telefon danışığı olub. Nazirlər, Suriyadakı vəziyyəti ətraflı müzakirə edərək İdlibdəki terror təhlükəsinin son olaraq aradan qaldırılması üçün ortaq səylərin artırılmasının vacibliyini vurğulayıblar.

“Tərəflər ötən gün Soçidə Suriya ilə əlaqədar 15-ci Beynəlxalq Görüş çərçivəsində Suriya Ərəb Respublikasında münaqişənin sülh yolu ilə həlli üçün əlavə dəstəyi davam etdirməyə hazır olduqlarını bildiriblər. Beynəlxalq və ikitərəfli gündəmdəki məsələlərə də toxunulub. İkitərəfli yüksək səviyyəli təmasların cədvəli müzakirə edilib”.

Beləliklə, Moskva və Ankara Qarabağ ətrafında baş verən hadisələri ikitərəfli gündəlikdə müzakirə etməyə davam edirlər. Əslində Ankara açıq şəkildə Qarabağda kommunikasiyaların inşasında iştirak etməyi planlaşdırır.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə  

Türkiyə bölgədə yeni yollar inşa etmək istəyir – İCMAL

2020/11/erdog-1604908042.jpg
Oxunub: 2688     16:23     20 Fevral 2021    