Qarabağdakı erməni terrorçular təşvişdə| Moskva ilə Ankara arasında terrorizmə qarşı əməkdaşlıq həyata keçirilir?

2021/02/455-1613971892.jpg
Oxunub: 8027     10:21     22 Fevral 2021    
Ötən həftə Rusiya və Türkiyə prezidentləri və hər iki ölkənin Xarici İşlər nazirləri arasında telefon danışıqları baş tutdu. Putin və Ərdoğan, Qarabağ, Liviya, Suriyadakı əməkdaşlıq və enerji layihələrini müzakirə etdilər. Ancaq bu iki ölkə arasında bəzi proseslərin getdiyi təəssüratı yaranır.

Kremlin mətbuat xidmətindən verilən məlumata görə, Putin və Ərdoğan bölgənin sosial-iqtisadi inkişafı üçün Rusiya və Türkiyənin fəaliyyətinin koordinasiyası da daxil olmaqla Qarabağ ətrafındakı vəziyyəti müzakirə ediblər və ortaq böyük enerji layihələrini həyata keçirməyə hazır olduqlarını vurğulayıblar.

Türkiyə prezident administrasiyasından verilən məlumata görə, Ərdoğan Putinlə Dağlıq Qarabağdakı ortaq atəşkəs monitorinq mərkəzinin fəaliyyətini, eləcə də Suriya və Liviyadakı nizamlanma prosesini müzakirə ediblər.

Türkiyə Prezidenti, türkiyəli və rusiyalı mütəxəssislərin Qarabağdakı nəqliyyat marşrutlarından daha səmərəli istifadə etmək üçün azərbaycanlı həmkarları ilə görüşə biləcəklərini söyləyib.

Diplomatiyada hər şey normal görünür, ancaq “yer üzündə” sanki qəribə bir şey baş verir. Son iki gündə Rusiyada terrorçuluqda şübhəli bilinən onlarla adam həbs olunub. Krımda və Tatarıstanda İŞİD yaraqlıları üçün pul yığan vətəndaşların fəaliyyətinin qarşısı alınıb.

FTX Novosibirsk və Tomskda terror fəaliyyətinin maliyyələşdirilməsində iştirak edən beynəlxalq terror təşkilatı “Katiba Tövhid vəl Cihad”ın hücrə üzvlərini həbs edib.

Güc strukturlarının xüsusi əməliyyatı nəticəsində Krım, Moskva, Sankt-Peterburq, Primorye, Krasnodar bölgələri, Başqırdıstan, Dağıstan, eləcə də Oryol, Kaluqa və İvanovo vilayətlərində “Hizbullah-Təhrir” terror təşkilatının üzvləri həbs edilib.

FTX-nin məlumatına görə, təşkilat üzvləri, o cümlədən internetdə “digər dinlərə qarşı dözümsüzlüklə müşayiət olunan silahlı terror ideologiyasını, habelə müsəlman rusları beynəlxalq terror təşkilatlarına cəlb ediblər”.

Həmin gün, Türkiyənin cənubunda qonşu Suriyadan ölkəyə qanunsuz olaraq girməyə çalışdıqları üçün 5 Rusiya vətəndaşı həbs olunub. Həbs olunan ruslardan biri də İŞİD terror təşkilatının üzvüdür.

Elə həmin gün, Suriya hökumət qüvvələri, Rusiya Aerokosmik qüvvələrinin dəstəyi ilə bir qrup İŞİD yaraqlısını məhv edib.

Belə görünür ki, Rusiya və Türkiyə Suriya və Liviyada əl-ələ verib işləyir, lakin ən yaxşı şəkildə əməkdaşlıq Qarabağda baş tuta bilər.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Rusiya   Türkiyə   Qarabağ  

Qarabağdakı erməni terrorçular təşvişdə| Moskva ilə Ankara arasında terrorizmə qarşı əməkdaşlıq həyata keçirilir?

2021/02/455-1613971892.jpg
Oxunub: 8028     10:21     22 Fevral 2021    