İndoneziya F-15EX və “Rafale” döyüş təyyarələri almağa qərar verib

2021/01/fasfa-1611899540.jpg
Oxunub: 737     11:38     22 Fevral 2021    
İndoneziya Hərbi Hava Qüvvələri ABŞ-dan F-15EX və Fransada “Rafale” döyüş təyyarələri almağa qərar verib.

Ordu.az xəbər verir ki, bu barədə İndoneziya Hərbi Hava Qüvvələrinin Baş Qərargah rəisi Fajar Praseto məlumat verib.

Ölkənin hava qüvvələrinin illik toplantısında çıxış edən Praseto 2021-2024-cü illərdə Fransadan 36 ədəd “Rafale”, ABŞ-dan 8 ədəd F-15EX qırıcılarının alınacağını vurğulayıb.

Bundan əlavə, İndoneziya Hərbi Hava Qüvvələri “Lockheed Martin” tərəfindən istehsal edilən C-130J “Super Hercules” hərbi nəqliyyat təyyarələri və uzun mənzilli zərbə PUA-ları almaq niyyətindədir.

Qeyd edək ki, İndoneziya 2018-ci ildə Rusiyadan 11 ədəd Su-35 döyüş təyyarələrinin alınması barədə müqavilə imzalasa da, razılaşma icra olunmayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İndoneziya   F-15   Rafale  

İndoneziya F-15EX və “Rafale” döyüş təyyarələri almağa qərar verib

2021/01/fasfa-1611899540.jpg
Oxunub: 740     11:38     22 Fevral 2021    