Ordu.az “Defense News” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsveçin Müdafiə naziri Peter Hultkvist danışıb.
O, Baltik bölgəsindəki təhlükəsizlik vəziyyətinin pisləşməsində Rusiyanı günahlandırıb və Skandinaviya ölkələri arasında müdafiə əməkdaşlığının genişləndirilməsini “Moskvanın təcavüzkar addımlarına” müqavimət göstərməyin ön şərti adlandırıb.
Onun sözlərinə görə, hava hücumundan müdafiənin təşkili Rusiya ilə qarşıdurmanın vacib məsələsidir və “Gripen-E” qırıcısı Finlandiya üçün ən yaxşı seçimdir.
Aprel ayının sonuna qədər Finlandiya Hərbi Hava Qüvvələri köhnəlmiş 64 ədəd F/A-18 “Hornet” qırıcılarını əvəz etmək üçün yeni təyyarə seçməlidir.
Sevinc Əlieya
Ordu.az