Rusiya və Türkiyə orduları İdlibdə ortaq təlimlər keçirib

2021/02/4444-1613035533.jpg
Oxunub: 986     13:24     11 Fevral 2021    
Rusiya və Türkiyə orduları İdlibin Saraqib şəhərində ortaq patrul tapşırıqlarından əvvəl təlimlər keçirib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun rəsmiləri məlumat verib.

“Bir daha bütün lazımi bacarıqları inkişaf etdirməliyik. Bilirəm ki, bunlar hamısı təcrübəli insanlardır, amma maksimum koordinasiyanı təmin etmək vacibdir”, - deyə türkiyəli hərbi rəsmi bildirib.

Qeyd olunur ki, Rusiya və Türkiyə artıq 6 aya yaxındır birgə patrul reydləri keçirmir.

Təlimlər zamanı Rusiya və Türkiyə hərbçiləri karvanlarla hərəkət etmək, karvanlara edilən hücumları dəf etmək və yaralananları evakuasiya etmək kimi tapşırıqları yerinə yetiriblər.

Patrul reydləri bir qayda olaraq, Rusiyanın BTR-82A zirehli personal daşıyıcıları və “Tigr” zirehli maşınları, Türkiyənin “Kirpi” zirehli maşınları ilə keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Rusiya və Türkiyə orduları İdlibdə ortaq təlimlər keçirib

2021/02/4444-1613035533.jpg
Oxunub: 987     13:24     11 Fevral 2021    
Rusiya və Türkiyə orduları İdlibin Saraqib şəhərində ortaq patrul tapşırıqlarından əvvəl təlimlər keçirib.

Ordu.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusunun rəsmiləri məlumat verib.

“Bir daha bütün lazımi bacarıqları inkişaf etdirməliyik. Bilirəm ki, bunlar hamısı təcrübəli insanlardır, amma maksimum koordinasiyanı təmin etmək vacibdir”, - deyə türkiyəli hərbi rəsmi bildirib.

Qeyd olunur ki, Rusiya və Türkiyə artıq 6 aya yaxındır birgə patrul reydləri keçirmir.

Təlimlər zamanı Rusiya və Türkiyə hərbçiləri karvanlarla hərəkət etmək, karvanlara edilən hücumları dəf etmək və yaralananları evakuasiya etmək kimi tapşırıqları yerinə yetiriblər.

Patrul reydləri bir qayda olaraq, Rusiyanın BTR-82A zirehli personal daşıyıcıları və “Tigr” zirehli maşınları, Türkiyənin “Kirpi” zirehli maşınları ilə keçirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Türkiyə  


Bizi "telegram"da izləyin