Vətən Müharibəsində dünyada ilk dəfə ən azı üç növ silah tətbiq edilib - ARAŞDIRMA (FOTO+VİDEO)

2021/04/9-1617686418.jpg
Oxunub: 9751     16:01     16 Aprel 2021    
Vətən Müharibəsi zamanı, Qarabağ müharibəsinin ilk mərhələsindən (1988-94) fərqli olaraq, xeyli sayda qeyri-rus (həmçinin, Sovet) silahı istifadə edildi. Söhbət, xüsusən son illərdə Türkiyədən, Avropa ölkələrindən (Çexiya, İngiltərə, Bolqarıstan), eləcə də Belarus, Cənubi Afrika və digər ölkələrdən müxtəlif silahlar əldə edən Silahlı Qüvvələrimizdən gedir.

Ermənistan, Qarabağ müharibəsinin ilk mərhələsində olduğu kimi, bu dəfə də silah-sursat arsenalında, bəzi istisnalar olmaqla, əsasən Rus-Sovet silahlarına sahib idi. Ermənistan tərəfi müharibə əsnasında Sovet-Rusiya silahlarına əlavə olaraq Yuqoslaviya istehsalı olan minaatanlarından, Ermənistan istehsalı olan Pilotsuz Uçuş Aparatlarından (PUA) və 1999-cu illlərdə əldə edilmiş Çin istehsalı WM-80 Yaylım Atəşli Reaktiv Sistemlərindən (YARS) istifadə edib.

Artilleriya

Qarabağ müharibəsinin ilk mərhələsində YARS-lar arasında “Qrad” sistemləri üstünlük təşkil edirdi, bu müharibədə isə daha uzun mənzilli “Smerç”lərdən istifadə edilib. “Qrad” dünyada ən geniş istifadə olunan YARS hesab olunur. 1960-cı illərin əvvəllərində buraxılmış, maksimum 20 km məsafədə 122mm-lik 40 ədəd raket atışı edə bilir, 1980-ci illərdə istehsal edilən “Smerç” isə maksimum 12 ədəd 300 mm çaplı raketlərə 90 km məsafəyədək atəş etmə imkanına malikdir. Məlumatlara görə, Qarabağdakı hədəflərə dəyən zərərin çox hissəsi “Smerç” raketləri ilə edilib.

TOS sistemi ilk dəfə Azərbaycan tərəfindən 2016-cı ildə Aprel döyüşləri zamanı istifadə edilib. Bunu həm Ermənistanın sabiq prezidenti Serj Sarkisyan, həm də Azərbaycan Müdafiə Nazirliyi təsdiqləmişdi. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, TOS-1 (“Buratino”) modifikasiyasının dəyişdirilmiş versiyası olan TOS-1A (“Solntsepyok”) düşmənə qarşı istifadə edilib.

2020-ci il müharibəsində Azərbaycan bu ağır artilleriya sistemindən yenidən istifadə etdi, maksimum məsafəsi cəmi 6 km olmasına baxmayaraq, döyüş əməliyyatları zamanı sürətlə irəliləməkdə əsas rol oynayır. Erməni tərəfi müharibədə Azərbaycanın 6 “TOS” sistemini vurduğunu iddia edib, ancaq onlar barədə heç bir sübut təqdim edilməyib, dezinformasiya olduğu aşkara çıxıb.

Azərbaycan bundan əvvəl Gürcüstan tərəfindən Rusiyaya qarşı 2008-ci ildə və Azərbaycan tərəfindən 2016-cı ilin Aprel döyüşləri zamanı istifadə olunan İsrail istehsalı LAR-160 YARS-larından da istifadə edib.

Müharibə zamanı tərəflər əvvəllər istifadə olunmayan bir sıra digər silahlardan da istifadə ediblər. Bunların arasında Sovet istehsalı olan güclü 203 mm çaplı 2S7 “Pion” özüyeriyən artilleriya sistemi də var. Azərbaycanın “Pion” sistemlərindən istifadəsi, Azərbaycan Müdafiə Nazirliyi tərəfindən İnternetdə yayımlanan ən azı bir videoda aşkar görünür. Bu müharibədə Azərbaycan həm də Çex Respublikasından 2017-18-ci illərdə əldə etdiyi 152 mm DANA özüyeriyən artilleriya sistemlərindən də istifadə edib.

Balistik raketlər

Müharibə zamanı Azərbaycan erməni tərəfinə məxsus bir neçə “Skad-B” (Elbrus) sistemini məhv edib. Məhv edilmiş sistemin şəkilləri müharibənin bitməsindən bir neçə gün sonra sosial şəbəkələrdə ortaya çıxdı. Müharibənin sonuncu günündən öncə, 8 noyabr tarixində rus fotomüxbir İlya Pitalyev Kəlbəcər səmasında “Skad” raketlərinin şəklini çəkdi.

Ermənistan maksimum 120 km vurmağı bacaran “Toçka-U” ballistik raketlərindən istifadə etdi. Sosial şəbəkələrdə ortaya çıxan videolar və fotoşəkillər, bu raketlərin erməni tərəfinin istifadəsindən xəbər verir. Ermənistan bu sistemlərdən müharibə qanunlarını pozaraq Gəncədəki mülki şəxslərə və obyektlərə qarşı istifadə edib.

Müharibənin sonunda erməni tərəfi, xüsusilə müharibə əsnasında və müharibədən əvvəl geniş müzakirə olunan “İskəndər” Operativ Taktiki Raket Kompleksindən istifadə edib. 19 noyabr tarixli mətbuat konfransında müharibə zamanı Ermənistan Müdafiə Nazirliyinin hərbi nəzarət xidmətinin rəhbəri vəzifəsini tutan general-polkovnik Movses Hakobyan qeyd edib: “Atəş etdiyini bilirəm, amma hara atdığını deməyəcəm”.

Erməni tərəfinin “İskəndər” tətbiq etdiyibi təsdiqləyən video 9 noyabr tarixində sosial şəbəkələrdə peyda olmuşdu. “İskəndər” 2008-ci il Rusiya-Gürcüstan və Suriya müharibələri zamanı yalnız Rusiya tərəfindən istifadə olunub. Raketlər 280-400 km məsafədə hədəfi vurmaq qabiliyyətinə malikdir. Rusiya 2016-cı ildə Ermənistana dörd “İskəndər” kompleksi tədarük edib. Onların radiusu 280 km olan “İskəndər-E” modifikasiyaları olduğu bilinirdi, lakin ANAMA-nın Şuşada apardığı axtarışlar zamanı məlum oldu ki, düşmən müharibə zamanı “E” deyil, “M” modifikasiyasını tətbiq edib.

2020-ci il müharibəsində dünyada ilk dəfə ən azı üç növ silah istifadə edildi: İsrailin “LORA” Operativ Taktiki Raket Kompleksi, Belarus istehsalı “Polonez” və Türkiyənin TRG-300 “Kasirga” YARS-ları.

Belarus 2018-19-cu illər ərzində Azərbaycana 10 “Polonez” kompleksi, Türkiyə isə 2015-16-cı illərdə 20 “Kasırga” kompleksi tədarük edib. İsrail də 2017-18-ci illərdə Azərbaycana 4 LORA kompleksi tədarük edib.

Bu müharibədə istifadə edilən ən əhəmiyyətli LORA tətbiqi, Ermənistanı Qarabağa bağlayan Laçın dəhlizinin yaxınlığındakı körpünün vurulması idi. Bunu oktyabrın 2-də internetdə ortaya çıxan video sübut edir. Bu, döyüş əməliyyatları zamanı dünyada LORA-nın ilk dəfə istifadəsi baş verib.

Ermənistan təyyarələrinin sıradan çıxarılması və PUA-ların tətbiqi

2020-ci il müharibəsinin əsas xüsusiyyətlərindən biri də Azərbaycan tərəfindən Pilotsuz Uçuş Aparatlarının (PUA) geniş istifadəsi idi. PUA-ların istifadəsi bu müharibə dövründə o qədər əhəmiyyətli bir rol oynamışdı ki, bəzi şərhçilər bunu “ilk PUA müharibəsi” və ya “dövlətlərarası ilk PUA müharibəsi” adlandırıblar.

PUA-ların istifadəsi demək olar ki, tamamilə Azərbaycan tərəfindən tətbiq edilirdi. Azərbaycanın silah arsenalında İsrail və Türk pilotsuz uçuş aparatları mövcuddur. Bütün müharibə boyu ən əhəmiyyətli rolu Türkiyə istehsalı olan “Bayraktar TB2” PUA-ları oynamışdı. Bu PUA Türkiyə tərəfindən Suriya və Liviyadakı vətəndaş müharibələrində də uğurla istifadə edilib.

Azərbaycanın istifadə etdiyi digər əhəmiyyətli PUA-lar arasında kamikdaze tipli İsrailin “Harop” və “Sky Striker” PUA-ları da var. Sovet istehsalı “AN-2” kiçik təyyarələrinin modifikasiyaları ilə yanaşı “Harop” erməni hava hücumundan müdafiə (HHM) qüvvələrinə qarşı çox səmərəli şəkildə istifadə edildi. “AN-2”lər hava hücumundan müdafiə mövqelərini aşkar etmək üçün yem kimi istifadə edilirdi, “Harop” isə “AN-2” izləyərək ərazidə yerləşdirilən HHM qüvvələrini məhv edirdi.

Ermənistan tərəfinin PUA tətbiqi məhdud olub. Azərbaycan tərəfi, Ermənistan istehsalı olan bir ədəd X-55 PUA-sını və “Bzez” tipli PUA-sını məhv etdiyini açıqlamışdı. Müharibənin son hissəsində Ermənistan tərəfi Rusiya istehsalı olan “Orlan-10” PUA-larını da tətbiq edib. Bu tip PUA-lar Gümrüdəki Rusiya hərbi bazasında (2015-ci ildən bəri) mövcuddur və hazırda Qarabağda yerləşən rus sülhməramlıları tərəfindən atəşkəsə nəzarət etmək üçün istifadə olunur. Ümumilikdə, müharibə zamanı düşmənə məxsus 22 ədəd Pilotsuz Uçuş Aparatı, 5 Su-25 təyyarəsi məhv edilib.

Təsdiqlənməyən

Müharibə zamanı başqa növ silahların istifadəsi haqqında da iddialar var idi. Lakin bunlar heç bir şəkildə təsdiqlənməyib. Beləliklə, oktyabr ayının sonunda “avia.pro” veb saytında Rusiyanın “Krasuxa-4” radioelektron mübarizə (REM) sistemlərindən istifadə etdiyini yazmışdı. Bu xəbər “Asia Times” veb saytı tərəfindən təkrar nəşr olundu.

19 noyabr tarixli mətbuat konfransında general-polkovnik Movses Hakobyan “Pole 21” REM sisteminin tətbiq olunduğunu da iddia etmişdi. Açıq mənbələrdə Hakopyanın açıqlamasını təsdiqləyən heç bir dəlil yoxdur.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Qarabağ   Ermənistan-ordusu   Ermənistan   Böhran  

Vətən Müharibəsində dünyada ilk dəfə ən azı üç növ silah tətbiq edilib - ARAŞDIRMA (FOTO+VİDEO)

2021/04/9-1617686418.jpg
Oxunub: 9752     16:01     16 Aprel 2021    