Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başladı

2021/01/terte-1611838055.jpg
Oxunub: 448     16:44     28 Yanvar 2021    
Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan Ordu.az-a verilən məlumata görə. 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Tərtər  

Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi ilə bağlı araşdırmalara başladı

2021/01/terte-1611838055.jpg
Oxunub: 449     16:44     28 Yanvar 2021    