“İran, ABŞ, Türkiyə, İsrail və Rusiya arasında, kolların altında gizlənmiş Britaniyanı nəzərə almasaq, Cənubi Qafqaz üçün rəqabət başlayıb”.
Ordu.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan öz “Facebook” səhifəsində yazıb.
“Rəqabətin “gizli sözü” Azərbaycanın nəzarəti altına keçmiş ərazilərin iqtisadi satışı, habelə kommunikasiyaların yaradılmasıdır.
Aydındır, kim sərmayələr qoysa, o da gələcəkdə hüquqlar qazanacaq.
Bu, geosiyasi mübarizədir və təbii olaraq burada Ermənistanın səsi eşidilmir”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan
Böhran