“Zərifin səfəri yaddaşımızı əleyhimizə olaraq yeniləməyə məcbur edir” - Babacanyan

2021/01/22332-1611830486.jpg
Oxunub: 1054     17:00     28 Yanvar 2021    
“İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin bölgəyə səfəri yaddaşımızı, təəssüf ki, əleyhimizə olaraq yeniləməyə məcbur edir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin müstəqil deputatı Arman Babacanyan deyib.

O qeyd edib ki, Ermənistan daxilində xüsusən cənab Zərifin Azərbaycanda keçirdiyi görüşlər, bunlar zamanı səsləndirdiyi ifadələr və nəticələrlə bağlı diqqət böyükdür.

“Cənab Zərif bildirib ki, qardaş Azərbaycanın və Azərbaycan xalqının öz ərazilərini azad etməsinə görə şaddır, azad edilmiş ərazilərin sakinlərini mümkün qədər tez öz evlərinə qaytarmağa kömək etmək niyyətindədir.

Üstəlik məlum olur ki, İran bu qələbənin Əliyevin liderliyi və Azərbaycan xalqının əzmkarlığı sayəsində mümkün olduğuna inanıb və üstəlik, Əliyevin sülhlə bağlı baxışlarını müzakirə etmək və həyata keçirmək istiqamətində işləyəcək”, - deyə Babacanyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: İran   Ermənistan   Böhran  

“Zərifin səfəri yaddaşımızı əleyhimizə olaraq yeniləməyə məcbur edir” - Babacanyan

2021/01/22332-1611830486.jpg
Oxunub: 1055     17:00     28 Yanvar 2021    