Ermənistan Ali Şurasının deputatı Azat Arşakyanın sözlərinə görə, Vazgen Manukyanın dediyi həqiqət olsa, Ermənistan vətəndaş müharibəsinə daxil olacaq.
“Ermənistanda qardaş qətli başlayacaq. Onların məqsədi budursa, qoy daha aydın şəkildə desinlər. Cəbhədə ölən 4000 nəfər, onlar faktiki olaraq bununla kifayətlənməyiblər, yenə qan istəyirlər”, - deyə Arşakyan qeyd edib.
Ermənistanın “Demokratik vətən” partiyasının sədri Petros Makeyan Vazgen Manukyanın bəyanatına toxunaraq bildirib: “Mənim deməyə fürsətim olub ki, əgər bu qüvvələr, əvvəlkilər noyabrın 9-dan sonra bu şok vəziyyətdə hesabladıqları hakimiyyət dəyişikliyinə nail olmasalar, güc variantına gedəcəklər. Onlar bu barədə açıq şəkildə bildiriblər”.
Alpər Mövludoğlu
Ordu.az