Keçmiş erməni döyüşçü Paşinyanı silahla məhv etməyə hazır olduğunu bildirib

2019/01/10189-1546604221.jpg
Oxunub: 2039     14:30     28 Yanvar 2021    
“Bəli, mən təhdid çağırışları edirəm, qoy Milli Təhlükəsizlik Xidməti məni həbs etsin”.

Ordu.az xəbər verir ki, bunu Yerablurda keçmiş erməni döyüşçü Vahan Badasyan deyib.

O qeyd edib ki, ilk növbədə Ermənistan ordusunun baş komandanından, məğlubiyyətin simvolu olan şəxsdən qurtulmaq lazımdır.

“Bu, uzaqda deyil, biz buna borcluyuq, etməliyik. O, ordunu məhv etdi”, - deyə Badasyan bildirib.

Vahan Badasyan bildirib ki, Paşinyanın uzaqlaşdırılmasından başlamaq lazımdır, bütün cavabdehlər uzaqlaşdırılmalıdır.

“Paşinyanı silah vasitəsilə uzaqlaşdırcaqsınız?” sualına Badasyan belə cavab verib: “Bəli, bütün vasitə ilə, eləcə də silah vasitəsilə. Bəli, mən təhdid çağırışları edirəm, qoy Milli Təhlükəsizlik Xidməti məni həbs etsin. İstənilən insan düşməni (Paşinyanı nəzərdə tutur - red.) məhv etmək istəməlidir. Bunu fərdlər etməlidirlər, biri mən, hazıram”.

O qeyd edib ki, Nikol Paşinyan Ermənistanın düşmənidir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Paşinyan  

Keçmiş erməni döyüşçü Paşinyanı silahla məhv etməyə hazır olduğunu bildirib

2019/01/10189-1546604221.jpg
Oxunub: 2040     14:30     28 Yanvar 2021    