Şəhidin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi - FOTO

2021/01/e54b3-1611828792.jpg
Oxunub: 607     13:00     28 Yanvar 2021    
Vətən müharibəsində şəhid olan Hərbi Dəniz Qüvvələrinin miçmanı Zaur Ələsgərlinin övladı dünyaya gəlib.

Ordu.az Azvision.az-a istinadən xəbər verir ki, şəhidin vəsiyyətinə əsasən yeni doğulan oğul övladına Ayaz adı qoyulub.

Bundan başqa, onun iki yaş yarımlıq Ayxan adlı oğlu da var.

Qeyd edək ki, Z.Ələsgərli ötən ilin oktyabrın 31-də Xocavənd uğrunda döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhidlik məqamına ucalıb.

Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Zaur Ələsgərli Azərbaycan ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərməsinə görə "Qarabağ" ordeni ilə təltif edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Vətən-müharibəsi  

Şəhidin övladı dünyaya gəldi, vəsiyyəti yerinə yetirildi - FOTO

2021/01/e54b3-1611828792.jpg
Oxunub: 608     13:00     28 Yanvar 2021    