O qeyd edib ki, 2.5 il əvvəl Ermənistan Müdafiə Nazirliyinin təşkil etdiyi tədbirə zirehli maşınlar istehsal edən bir təşkilat dəvət edib və Ermənistan MN ilə əməkdaşlığa başlamalarını təklif edib.
“Ermənistanda zirehli maşınların istehsalını təsis etməyi təklif etmişik, lakin bu edilməyib”, - deyə Tovmasyan qeyd edib.
“Bəs niyə edilmədi?” sualına cavab olaraq Artak Tovmasyan bildirib ki, bu sualı Ermənistan hökumətinin üzvlərinə verə bilərsiniz.
Alpər Mövludoğlu
Ordu.az