Müəllif qeyd edib ki, Nikol Paşinyanın taleyi ilə bağlı həm Qərb, həm də Rusiya öz yanaşmalarına sahibdir.
“Paşinyanın perspektivi ilə bağlı Qərbin yanaşması nədir? Qərbdə Paşinyanı “çıxarılmış xadim” kimi nəzərdən keçirirlər. Çünki müharibənin nəticələrindən sonra o, artıq Ermənistanın siyasi səhnəsində ciddi rola malik ola bilməz. Lakin, Qərb mərkəzlərinə görə, o, onların Navalni ilə bağlı proqramlarında iştirak etsə, onun perspektivi ola bilər”, - deyə Bozoyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az