Ordu.az xəbər verir ki, bunu erməni ictimai xadim Qaqik Ağacanyan deyib.
“Əsirlərin və ya meyitlərin qaytarılması kimi bir həssas məsələdə ümumi razılaşmaya gələ bilmədiyimizdə iqtisadi əməkdaşlıq ola bilməz. Meğri dəmir yolunu Azərbaycan tərəfindən istismar üçün veririksə, bu, bizim maraqlarımıza zidd gəlir”, - deyə o qeyd edib.
Onun sözlərinə görə, ilk baxışdan yolun açılmasında pis şey olmadığı görünür, lakin bu, belə deyil: “İlk baxışdan elə görünür ki, yolun açılmasında nə pis şey var? Amma bizim halımızda mən tərəfdaram ki, yol konkret şəkildə nəzərdən keçirilsin, bunun yenidən fəaliyyətə başlamasının məqsədəuyğunluğu, iqtisadiyyatımızda rolu, əhəmiyyəti müzakirə edilsin. Əgər sən Meğri dəhlizini verirsənsə, bununla öz əlinlə onlara Ermənistanı kənarda qoymaq imkanı verirsən”.
Alpər Mövludoğlu
Ordu.az