Ordu.az xəbər verir ki, bunu mətbuat konfransı zamanı Ermənistan İctimai Şurasının maliyyə-iqtisadi və büdcə məsələləri komissiyasının sədri, Ermənistanın yerli məhsul istehsal edənlər birliyinin sədri Vazgen Safaryan deyib.
“Biz ölkə rəhbəri ilə görüşmüşük, görüş zamanı “Meğri dəhlizi”nin heç vaxt olmamasına, sadəcə dəmir yolu keçidinin olmasına dair narahatlıq bildirmişik. Buna paralel olaraq demək istəyirəm ki, sovet illərində Naxçıvan yolu ilə Ermənistana gündəlik 25-30 qatar daxil olurdu və məsələn İrəvan stansiyasında 2000 vaqon boşaldılırdı”, - deyə o qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az