“Düşünürəm ki, problem çox aydındır, Azərbaycan özünü müharibədə qalib gələn tərəf kimi göstərir, başqa ölkələr isə hər hansı mənada öz ritorikalarını qalib gələnin damağına uyğunlaşdırmağa çalışırlar və bu, çox təbiidir”.
Ordu.az xəbər verir ki, bunu erməni iranşünas Vardan Voskanyan deyib.
Onun sözlərinə görə, Azərbaycan tərəfindən Ermənistana qarşı təhqir ifadələri səslənir.
“Azərbaycanın lağ təsvirləri cavabsız qalır, niyə başqa ölkələrin rəhbərlərindən hörmət münasibəti gözləməliyik? Şərqdə gücə hörmət edirlər”, - deyə Voskanyan əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Ermənistan-ordusu
Ermənistan
Böhran