“Azərbaycan 9 rayon qazanıb, lakin Ermənistan heç nə əldə etməyib” - Robert Köçəryan (ƏTRAFLI)

2020/07/00-10-1595402663.jpg
Oxunub: 8834     10:20     28 Yanvar 2021    
“Əsirlər məsələsinin həlli olmadan Azərbaycanla təmaslarda heç bir addım atmamalı idik. Bu, bütün addımları atmaq üçün ilkin şərt olaraq qalmış olmalı idi”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan deyib.

Köçəryan qeyd edib ki, əsirlər barədə məlumatın “dövlət sirri” hesab edilməsi də onun üçün anlaşılmaz və qəbuledilməzdir, çünki bunun kimdən saxlanıldığı anlaşılan deyil.

“Bu insanlar o qədər diz çöküblər ki, əsirlərimiz üçün mübarizə apara bilməzlər.”, - deyə o, Ermənistan hakimiyyətini nəzərdə tutub və əlavə edib ki Azərbaycan əsirləri vermir, çünki Qarabağdakı erməni silahlılarının komplektləşdirilməsini dayandırmaq istəyir.

Onun sözlərinə görə, Azərbaycan 9 rayon qazanıb, lakin Ermənistan heç nə əldə etməyib: “Azərbaycan 9 rayon qazandı və qarşılığında status məsələsinin müzakirə edilməli olduğu heç nəyə sahib deyilik”.

Robert Köçəryan bildirib ki, Ermənistanda suverenlik artıq yoxdur.

“Nə suverenlik? O suveren dil indi ayaqqabı təmizləmək fırçasına çevrilib”, - deyə o qeyd edib.

Ermənistanın 2-ci prezidentinin sözlərinə görə, yalnız Sünik vilayətində olan itkilər məlumdur, halbuki Qarabağda hər gün yeni ərazi itkiləri qeydə alınır: “Qarabağda hər gün yeni itkilər qeydə alınır. Qarabağın “dövlətçiliyi”ndən yalnız parçalar qalıb”.

Köçəryan bildirib ki, Ermənistanın Sünik vilayətində baş verənlər sadəcə rüsvayçılıqdır: “Sünikdə baş verənlər sadəcə rüsvayçılıqdır, soz dövlətsiniz, yoxsa hansısa boş-bekar bir qrup?”.

Onun sözlərinə görə, Azərbaycan vaxtilə Meğri yolu qarşılığında güzəştlərə getməyə hazır idi, indi hər şeyi götürüb, yolu da alıb.

“Azərbaycan Meğri yolu qarşılığında güzəştlərə getməyə hazır idi, indi hər şeyi götürüblər, yolu da alıblar, bu, onların arzusu idi, həyata keçirildi”, - deyə Köçəryan əlavə edib.

O qeyd edib ki, böyük canfəşanlıqla, həvəslə, ardıcıl olaraq hər şey ediblər, cəmiyyəti ağ və qaraya, varlı-kasıba bölüblər, cəmiyyətə rusyönümlü-antirus bölücü xətlər gətiriblər.

Ermənistanın sabiq prezidenti deyib ki, Ermənistanın Baş naziri Türkiyənin agenti olsaydı, edilənin hamısını edərdi.

Köçəryan bildirib ki, bu gün Ermənistan üçün rüsvayçı dərəcədə ağır vəziyyət yaranıb: “Dürüst olsaq, Qarabağın parçaları qalıb, lakin hansısa bir şeyi xilas etmək olar. Rüsvayçı dərəcədə ağır vəziyyət var”.

O deyib ki, müharibə günlərində 2 həftə Xankəndidə olub.

“Azərbaycanlıları niyə Calalın ofisi maraqlandırırdı? Üçüncü gün anlamışdım ki, Arayik Harutyunyanın binası qorunur”, - deyə Robert Köçəryan vurğulayıb.

Robert Köçəryan deyib ki, əziyyətli işlə Qarabağda yeni təhlükəsizlik sistemi formalaşdırmaq lazımdır.

“Rusiyanın strateji müttəfiqindən Rusiyanın protektoratına çevrilmişik”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ermənistan   Böhran   Köçəryan  

“Azərbaycan 9 rayon qazanıb, lakin Ermənistan heç nə əldə etməyib” - Robert Köçəryan (ƏTRAFLI)

2020/07/00-10-1595402663.jpg
Oxunub: 8835     10:20     28 Yanvar 2021    