Ukrayna da Türkiyə texnologiyası ilə korvetlər inşa edəcək - ƏTRAFLI

2021/01/Ukray-1611813893.jpg
Oxunub: 765     12:21     28 Yanvar 2021    
2020-ci ilin dekabr ayının sonunda yayılan məlumatlara görə, Ukraynanın Mykolaiv şəhərində yerləşən Okean gəmiqayırma zavodunda Türkiyə texnologiyalarından istifadə edərək Ukrayna Hərbi Dəniz Qüvvələri üçün korvetlər inşa ediləcək.

Bildirilirdi ki, oktyabrda və dekabrın 14-də iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Müdafiə Sənayesi İdarəsi (SSB) ilə Ukraynanın Hərbi Dəniz Qüvvələri üçün korvetlərin istehsalı haqqında memorandum imzalanıb.

Ukrayna Türkiyədən Pilotsuz Uçuş Aparatları (PUA) almaqla yanaşı, donanmasını Türkiyənin MILGEM (Milli Gəmi) “Ada” sinif korvetləri ilə gücləndirmək qərarına gəlib.

Satınalma müqaviləsi çərçivəsində Ukrayna Qara dəniz və Azov dənizlərində təhlükəsizliyin artırılması üçün öz hərbi dəniz qüvvələrini gücləndirmək niyyətindədir.

“Ada” sinfinə məxsus korvetlər hava, suüstü və sualtı hədəflərin təyin edilməsini, lokallaşdırılması, təsnifləşdirilməsi, identifikasiyası və məhv edilməsini həyata keçirə, həmçinin dənizdə atəş dəstəyi təmin edə bilər.

İstənilən potensial təhdiddən qaçınmaqla yanaşı, qabaqcıl radiolokasiya yayınma texnologiyalarına malik olan MILGEM sualtı dəniz əleyhinə döyüş freqatları, dəniz nəzarəti və patrul, sahil və infrastrukturun qorunması və müstəsna iqtisadi zonaların müdafiə və mühafizəsi kimi dəniz əməliyyatları həyata keçirə bilər.

Qeyd edək ki, rəsmi Ankara köhnə gəmilərin yerini alacaq çoxməqsədli korvet və freqatlardan ibarət filotiliyanı yerli olaraq dizayn və inşa etmək üçün MILGEM layihəsinə başlayıb. Bu günə qədər Türkiyə donanmasının inventarına ümumilikdə 4 korvet təhvil verilib, bu layihə üzrə inşa edilən “İ” sinifli freqatların ilk gəmisi olan “İstanbul”un təhvil verilməsi isə 2023-cü ilin sentyabrına planlaşdırılır.

Mikolaiv əyalətində yerləşən Ukraynanın Okean gəmiqayırma zavodu bölgədə üçüncü böyük gəmiqayırma zavodudur. Dünyaca məşhur şirkətlər tərəfindən təchiz edilmiş müasir istehsal müəssisələrini idarə edir, orta və ağır tonnajlı istehsal xəttinə malikdir.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Ukrayna   MİLGEM  

Ukrayna da Türkiyə texnologiyası ilə korvetlər inşa edəcək - ƏTRAFLI

2021/01/Ukray-1611813893.jpg
Oxunub: 766     12:21     28 Yanvar 2021    