Türkiyə “zərər qiymətləndirməsi” aparır – Nəticəsi nə zaman elan ediləcək?

2021/01/62626-1611813772.jpg
Oxunub: 1238     11:01     28 Yanvar 2021    
Türkiyənin Rusiyadan S-400 Hava Hücumundan Müdafiə (HHM) sistemi alması səbəbindən ABŞ-ın müdafiə sahəsinə sanksiya tətbiq etməsindən sonra rəsmi Ankara “zərər qiymətləndirməsi”nə başlayıb.

Müdafiə sektorunda aparılan araşdırmada, xüsusilə sabiq Tramp administrasiyasının müdafiə avadanlığı ixracatını məhdudlaşdırma qərarının Türkiyənin müdafiə sənayesi və Silahlı Qüvvələri üzərindəki təsirinin dəyərləndirildiyi məlum oldu.

Sanksiyalar köhnə müqavilələrə təsir etməyəcək?

ABŞ açıqladığı sanksiyalar Türkiyənin müdafiə sənayesinə rəhbərlik edən şəxslərə tətbiq ediləcək. Sənəddə bütün ABŞ ixracatlarına lisenziya qadağasının tətbiq edilməsi də qeyd olunub. Ankarada ABŞ-ın sanksiya qərarının daha öncə bağlanmış müqavilələri əhatə etmədiyi düşünülür. Bu məsələ, xüsusilə F-16 qırıcı təyyarələri üçün hissələrin tədarükü, “Sikorsky” helikopterlərinin birgə istehsalı, MİLGEM milli döyüş gəmisi proqramı, digər ölkələrdən silahlı və silahsız Pilotsuz Uçuş Aparatlarının tədarükünə təsir etməməsi baxımından vacibdir. Mənbələr qərarın indiyə qədər geriyə qaytarılmasının gözlənilmədiyini, ancaq əldə edilmiş müqavilələrin bitməsindən sonra yenilənməməsi riskinin olduğuna diqqət çəkir.

Sanksiya müddəti uzanarsa?

“İnventarlaşdırma təsirinin qiymətləndirilməsi” adlı araşdırma ilə qərarın TSQ-nin qısa və orta müddətdə fəaliyyətinə təsir etməyəcəyi, lakin müqavilələrin yenilənməməsi halında uzun müddətdə Hərbi Hava Qüvvələrində həm sursat, həm də detal mövzusunda problemlərinin ola biləcəyi qiymətləndirilir. Ankara, təsir altına düşə biləcək layihələr üçün üçüncü ölkələrdən alternativ tədarük mənbələri və yerli istehsal üzərində də işləyir.

Türkiyə Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir də ABŞ-ın qəbul etdiyi qərardan sonra bildirdi ki, mövcud qərarada F-16 kimi davam edən layihələrə təsir edəcək bir ifadə yoxdur: “Şübhəsiz ki, PUA çatışmazlığına səbəb olmayacaq. Bunun davam edən layihələrə konkret təsir göstərəcəyini düşünmürəm”.

İki ölkə arasında yüksək ticarət həcmi

Həyata keçirilən fəaliyyətlərin başqa bir tərəfinin də Türkiyənin müdafiə sənayesi sektoru ilə ABŞ arasındakı ticarət həcmi ilə əlaqəli olduğu məlumdur. Əldə edilən məlumata görə, 2019-cu ildə Türkiyə müdafiə sənayesi xaricə 3 milyard 68 milyon dollarlıq sistem və detal satışı həyata keçirib. Bu ixracatın 821 milyon dolları ABŞ-a istiqamətləndirilib. Eyni il Türkiyə tərəfindən ABŞ məhsulları, detalları və sistemlərinin alınması təxminən 1 milyard 403 milyon dollar təşkil edib ki, bu da müdafiə sənayesinin idxalının 45 faizinə, təxminən, 3 milyard dollara bərabərdir. Türkiyə müdafiə şirkətləri 2019-cu ildə ümumi 10 milyard 671 milyon dollarlıq sifariş qəbul edib. Bu sifarişin 2 milyard 60 milyon dollarını ABŞ şirkətləri verib.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyə “zərər qiymətləndirməsi” aparır – Nəticəsi nə zaman elan ediləcək?

2021/01/62626-1611813772.jpg
Oxunub: 1239     11:01     28 Yanvar 2021    