Türkiyənin PİRİ infraqırmızı axtarış və izləmə sistemi son mərhələdə - Dünyada ilk

2021/01/56656-1611813654.jpg
Oxunub: 2437     15:38     28 Yanvar 2021    
ASELSAN tərəfindən “TCG Anadolu” çoxməqsədli amfibiya hücum gəmisi üçün inkişaf etdirilmiş PİRİ infraqırmızı axtarış və izləmə sisteminin fabrik qəbul testləri tamamlanıb.

Sistemin qəbul testləri Türkiyənin Müdafiə Sənayesi İdarəsi, ARMERKOM, SEDEF gəmiqayırma zavodu və ASELSAN heyətinin iştirakı ilə şirkətin Akyurd müəsisələrində gerçəkləşdirilib.

PİRİ sistemləri “TCG Anadolu”un liman və gəmi özündə təhlükə aşkarlama və izləmə üçün ən vacib sistemlərdən birini təşkil edəcək.

PİRİ sistemi, dəniz platformaları üçün hava və dəniz nəqliyyat vasitələrini və raketləri passiv şəkildə aşkar etmək və izləmək üçün yüksək göstəricilərə malik bir infraqırmızı axtarış izləmə sistemi olaraq hazırlanıb. Sistem davamlı görən sensorları sayəsində təhdidlərə qarşı fasiləsiz qorunma təmin edir. PİRİ sistemləri paralel olaraaq “Dual-Band” infraqırmızı görüntüləmə xüsusiyyəti sayəsində hər cür hava və hər cür işıq şəraitində genişlənən görmə sahəsi ilə hər cür təhdidə qarşı tam qorunma və xəbərdarlıq sistemi kimi fəaliyyət göstərir.

Orta dalğa (MW) və uzun dalğada (LW) olmaqla dünyada cüt bantlı ilk infraqırmızı axtarış və izləmə sistemi olan PİRİ sistemi Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının ehtiyacları nəzərə alınmaqla dəniz platformalarına 360 dərəcə məlumatlandırma təmin etmək məqsədilə inkişaf etdirilib və döyüş idarəetmə sisteminə tamamilə uyğun bir aşkarlama və izləmə sistemi olaraq xidmət edəcək.

PİRİ sistemi 120 dərəcəlik görüntünün xarici pəncərələrin köməyi ilə toplandığı və optik vasitələrin köməyi ilə dedektora ötürüldüyü sensor bölməsi, bu bölmənin ən çətin dəniz şəraitində belə aşkarlamaq və izləmək üçün istifadə olunan stabilizasiya bölməsi və rəqəmsallaşdırmış hala çevrilən görüntünün işləndiyi aşkarlama və izləmə funksiyalarının yerinə yetirildiyi elektron bölmə olmaqla 3 əsas bölmədən ibarətdir.

Gəmiyə yerləşdirilmiş 3 sensorla 360 dərəcə əhatə təmin edən sistem istifadəçiyə panoramik görünüşü ilə fərqli dəniz şəraitində passiv şəkildə aşkarlama və izləmə imkanı verir.

Yeni platformalar

5 mindən çox hissədən ibarət olan sistem bənzərsiz və yerli optik dizaynı, eyni zamanda 150 hədəfi izləmə qabiliyyəti ilə ASELSAN-ın sahib olduğu texnologiyalar və təklif etdiyi məhsullar baxımından xüsusi bir əhəmiyyət kəsb edir.

Sistem inteqrasiya, istismara qəbul, liman və dənizdə qəbul sınaqlarının başa çatması ilə Hərbi Dəniz Qüvvələri Komandanlığına təslim edilməsi planlaşdırılan “TCG Anadolu” ilə intentara daxil ediləcək. PİRİ sistemlərinin “Barbaros” sinifli freqatların modernləşmə layihəsi və “İ” sinifli freqat (MİLGEM-5) layihəsi çərçivəsində də təslim edilməsi planlaşdırılır.

Firuz Bağırov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Türkiyə  

Türkiyənin PİRİ infraqırmızı axtarış və izləmə sistemi son mərhələdə - Dünyada ilk

2021/01/56656-1611813654.jpg
Oxunub: 2438     15:38     28 Yanvar 2021    