Ordu.az xəbər verir ki, bu barədə “ResearchAndMarkets” nəşrinin yeni hesabatında qeyd olunub.
2019-cu ildə qlobal antidron bazarının həcmi 624 milyon ABŞ dolları dəyərində idi. 2020-ci ildən 2025-ci ilə qədər bu rəqəm % 32,2 artacaq.
Bildirilir ki, hesabat hazırlanarkən koronavirus pandemiyasının müdafiə sənayesinə təsirləri nəzərə alınıb.
Hesabatda qeyd olunur ki, “Boeing” (ABŞ), “Lockheed Martin” (ABŞ), “Raytheon Technologies” (ABŞ), “Rafael Advanced Defence Systems” (İsrail) və MBDA (Almaniya) kimi böyük şirkətlər lazer əsaslı antidron sistemlər hazırlayıb.
Sevinc Əliyeva
Ordu.az