Rusiya PUA hücumlarının qarşısını almaq yollarını sınaqdan keçirib

2021/01/13313-1611812839.jpg
Oxunub: 654     12:01     28 Yanvar 2021    
Rusiya ordusunun Mərkəzi Hərbi Dairəsinin hərbi qulluqçuları Pilotsuz Uçuş Aparatları (PUA) ilə mübarizə metodlarını sınaqdan keçirmək üçün hərbi-texniki sınaqlar keçiriblər.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Sınaqların məqsədi PUA-lara qarşı mübarizədə maksimum effektivlik əldə etməkdir.

Sınaqlar zamanı üç taktiki metoddan istifadə edilib. İlk olaraq, radioelektron mübarizə vasitələri ilə PUA-ların zərərsizləşdirilməsi yoxlanılıb.

Daha sonra Rusiya hərbçiləri “Tor-M1” hava hücumundan müdafiə kompleksinin köməyi ilə şərti düşmən PUA-sını vurmağa çalışıblar.

Üçüncü epizodda PUA-nın görüşünü azaltmaq üçün TDA-3 termo-tüstü avadanlığından istifadə edilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: PUA  

Rusiya PUA hücumlarının qarşısını almaq yollarını sınaqdan keçirib

2021/01/13313-1611812839.jpg
Oxunub: 655     12:01     28 Yanvar 2021    