Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Ukrayna ordusu sınaqlar zamanı silahların real imkanlarını və müəyyən tələblərə uyğunluğunu müəyyənləşdirəcək.
Bu mərhələdən sonra artıq dövlət testlərinin aparılması və haubitsanın istifadəyə verilməsi, kütləvi istehsala başlanması planlaşdırılır.
Artilleriya sisteminin 155 mm-lik sursatları Çexiyanın “Excalibur Army” şirkəti tərəfindən təmin edilib. Silahın mənzili 60 kilometrdir.
Qeyd edək ki, “Boqdana”nın NATO kalibrli sursatının olmaması səbəbindən bir ildən çoxdur sınaqdan keçirilmirdi.
Sevinc Əliyeva
Ordu.az