Qarabağda ən məsuliyyətli və təhlükəli işi onlar görür - VİDEO

2021/01/AZTV--1611766669.jpg
Oxunub: 1484     20:09     27 Yanvar 2021    
AzTV işğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi ilə bağlı sənədli film çəkib.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az -a verilən məlumata görə, “Azərbaycantelefilm” Yaradıcılıq Birliyinin əməkdaşları həmin torpaqlarda olub, minaların təmizlənməsi prosesini lentə alıb.

“Əlvida, silah” adlı sənədli film ANAMA əməkdaşlarının təhlükəli və məsuliyyətli iş prosesindən, həmçinin həyatından bəhs edir.

Horadiz və Füzulidə aparılmış çəkilişlərdə bu prosesin neçə mərhələdən ibarət olduğu vurğulanır və hər bir mərhələ ayrı-ayrılıqda göstərilir.

Filmin ssenari müəllifi Afaq Vasifqızı, rejissoru Adil Azay, operatorları isə Adil Abbasov və Elşən Bədəlovdur.

Afaq Vasifqızı filmin çəkiliş prosesi ilə bağlı danışarkən bildirib ki, “Əlvida, silah”da hər bir kadrı “Azərbaycantelefilm”in əməkdaşları çəkib. Heç bir arxiv görüntüdən istifadə olunmayıb.


Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ANAMA   Azərbaycan  


Bizi "telegram"da izləyin